Argentina millisinin üzvü karyerasını başa vurub
17.03.2026 - 20:48
“Mançester Yunayted” və Argentina millisinin sabiq qapıçısı Serxio Romero aktiv futbolçu karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, onun son klubu “Argentinos Xuniors” olub.
39 yaşlı qolkiper “qırmızı şeytanlar”ın heyətində çıxış edərkən komandasının Avropa Liqası, FA Cup, Liqa Kuboku və Superkubok qələbələrində mühüm rol oynayıb.
Romero Argentina millisinin heyətində 96 oyuna çıxıb.
Qeyd edək ki, o, karyerası ərzində “Rasinq”, “AZ Alkmaar”, “Sampdoriya”, “Monako”, “Venetsiya” və “Boka Xuniors” klublarının da qapısını qoruyub.
- "Kəpəz" saxlamaq istəyir, "Araz-Naxçıvan" almaq - "Porto"nun yetirməsinin qərarı
- Bundesliqa: "Borussiya Dortmund"dan darmadağın
- Qurban Qurbanov: "Məşqimiz tam istədiyimiz keyfiyyətdə keçmədi"
- “Yunayted” Danimarka millisinin üzvünü istəyir
- Qurban Qurbanovu kövrəldən video: İspaniyada “Qarabağ”a sürpriz
0
0