"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger UEFA-nın avrokuboklardakı qaydaları ilə razı deyil.
Apasport.az xəbər verir ki, funksioner Avropa Liqasını qazanan komandanın Çempionlar Liqasına vəsiqə qazanmasının düzgün olmadığını deyib:
“Avroliqanı qazanan yeni mövsümdə Avropa Liqasına birbaşa vəsiqə əldə etməlidir. Lakin qalibin Çempionlar Liqasına haqq qazanması məsələsi ilə bağlı fikirləşmək lazımdır. UEFA bununla bağlı məsələyə başlamalıdır. Məsələn, Premyer Liqadan beş komanda Çempionlar Liqasına gedir. Üstəlik kimsə Avropa Liqasını qazansa, say artacaq. UEFA bu məsələni diqqətdə saxlamalıdır”.
Qeyd edək ki, Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda İngiltərə təmsilçilərindən "Tottenhem" Norveçin "Bodo-Qlimt" komandasına 3:1 hesabı ilə qalib gəlib. "Mançester Yunayted" isə İspaniyada "Atletik"dən üstün olub - 3:0.
- “Qarabağ”da yeni təyinat
- Domeniko Tedesko: “Azərbaycan önə keçsə, hər şey başqa cür olacaq” - MÜSAHİBƏ
- “Dinamo”nun baş məşqçisi: “Neftçi”ni xüsusi diqqətdə saxlayıram”
- “Ayntraxt”ın baş məşqçisi: “Meydanda iki güclü komanda var idi”
- Taleh Nəsibov: “İstədik ki, Çempionlar Liqası kubokunu ölkəmizə gətirsin”