"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, London təmsilçisi Niko Uilyamsla yaxından maraqlanır.
İspaniyalı hücumçu "Atletik"dən ayrılmağı planlaşdırır. O, komandadakı vəziyətdən narazıdır.
Bildirilir ki, "topçular" futbolçunun meneceri ilə əlaqə saxlayıb. İngiltərə təmsilçisi yay transfer pəncərəsində rəsmi təklif göndərməyə hazırlaşır.
"Atletik" də Uilyamsı buraxmağın əleyhinə deyil. Klub onun satışından 100 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, Niko bu mövsüm "Atletik"də 26 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.