"Arsenal"da ayrılıq ola bilər
17.04.2024 - 23:32
!["Arsenal"da ayrılıq ola bilər](https://ww3.apasport.az/storage/news/2024/april/17/big/661ff2f9a2286661ff2f9a22871713369849661ff2f9a2284661ff2f9a2285.webp)
Hücumçu Edvard Nketiah bu yay "Arsenal"ı tərk edə bilər.
Apasport.az xəbər verir ki, "topçular" futbolçusunu 40 milyon funt-sterlinqə satmağa hazırdır.
Bu mövsüm 24 yaşlı forvard London klubunun heyətində 36 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Klub hazırda İngiltərə Premyer Liqasında 32 turdan sonra 71 xalla 2-ci pillədə qərarlaşıb.
0
0