"Arsenal"ın yeni transfer hədəfi: BARKOLA ÜÇÜN 80 MİLYON AVRO
04.06.2026 - 13:35
"Arsenal" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, İngiltərə çempionu Bredli Barkolanı transfer etmək niyyətindədir.
"Topçular" PSJ-nin hücumçusu üçün danışıqlara hazırdır.
London təmsilçisi fransalının keçidinə 80 milyon avro ayırıb. Paris klubunun isə daha yüksək məbləğ istədiyi bildirilir.
Daha öncə mətbuatda PSJ-nin Barkolanı satmağa hazır olduğu bildirilirdi.
Qeyd edək ki, 23 yaşlı futbolçu 2023-cü ildə "Lyon"dan Paris təmsilçisinə keçib.
0
0