Arteta "Arsenal"da rekordları sıralayır
26.11.2023 - 13:19
![Arteta "Arsenal"da rekordları sıralayır](https://ww3.apasport.az/storage/news/2023/november/26/big/6562ebed3dfc06562ebed3dfc117009817416562ebed3dfbe6562ebed3dfbf.jpeg)
Mikel Arteta adını “Arsenal”ın tarixinə yazdırmağa davam edir.
Apasport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis komandanın sükanı arxasında keçirdiyi ilk 200 matçda rekord qırıb.
İngiltərə Premyer Liqasının “Brentford”a (0:1) qarşı səfər matçında qeydə alınan qələbə ispaniyalı məşqçinin 116-cı zəfəri kimi tarixə düşüb. Bununla da o, “topçular”ın əfsanəvi məşqçilərindən Arsen Vengerin nailiyyətini (200 oyunda 111 qələbə) ötmüş olub.
Qeyd edək ki, sözügedən qələbədən sonra xallarının sayını 30-a çatdıran London klubu turnir cədvəlinin ilk pilləsinə yüksəlib.
0
0