Asim Xudiyev Konfrans Liqası matçına təyinat aldı
02.07.2024 - 19:23
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev 2024/2025-ci illər mövsümündə ilk təyinatını alıb.
Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də keçiriləcək “Tikveş” (Şimali Makedoniya) – “Breydablik” (İslandiya) görüşünün hakim-inspektoru olacaq.
Skopye şəhərində yerləşən “Todor Proeski” stadionunda keçiriləcək matçı lüksemburqlu baş hakim Ceremi Muller idarə edəcək.
- Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatında 6 medal qazanıblar
- Rövnəq Abdullayevin səhhətində problem yarandı - İcraiyyə Komitəsinin iclası təxirə salındı
- “Sumqayıt”la yollarını ayırdı, sabiq komandasına qayıtdı
- Dövlət qurumları arasında bilyard turniri keçirilib - FOTO
- Bernardo Silva "Real"da - RƏSMİ
0
0