“Atletik”in baş məşqçi postuna namizədlər müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubunu Marselo Byelsa və ya Ernesto Valverde çalışdıracaq.
Klubun seçimi qarşıdakı prezident seçkilərinin nəticəsindən asılı olacaq. Hər iki mütəxəssis əvvəllər də “Atletik”ə rəhbərlik edib.
Prezident postuna üç namizədin hansı baş məşqçiyə üstünlük verməsi də bəllidir. Bu vəzifəyə Jon Uriarte və ya Rikardo Barkala seçilsə, Valverde ilə danışıqlar aparılacaq. Byelsanın namizədliyini isə İnyaki Areçabaleta dəstəkləyir.
Qeyd edək ki, ötən mövsüm başa çatdıqdan sonra Marselino Qarsia baş məşqçi postundan ayrılıb.
- “Yuventus” Poqbanın müqaviləsini ləğv edəcək
- "Azərbaycanın ən güclü komandası olduğumuzu sübut etdik"
- İmaməddin Xəlilov Özbəkistanda keçirilən beynəlxalq festivalda çıxış edib
- 2024-cü ilin ən yaxşı baş məşqçisi və futbolçusu mükafatına iddialılar bəlli olub
- Klublarımızın bugünkü Antalya sınağı: 3 qələbə, 2 məğlubiyyət