Azar: “Co Baydenlə yerimi dəyişmək istəyirəm”
08.12.2022 - 16:08
Belçika millisinin və “Real”ın futbolçusu Eden Azarın kiminlə yerini dəyişmək istədiyi bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu futbolçunun özü açıqlayıb.
O bildirib ki, ABŞ prezidenti olmaq istəyir: “Planetin hansı şəxsi ilə yerimi dəyişmək istəyərdim? Co Baydenlə. Heç olmasa 5 dəqiqəlik. ABŞ prezidenti olmaq... Ay da! Eden Azar Birləşmiş Ştatların prezidentidir. Necə də səslənir, elə deyilmi? Ağ ev və mən, kabinetdə siqarla yayılardım”.
Qeyd edək ki, Azar “Real”a qədər “Çelsi” və “Lill”də oynayıb.
- “Qalatasaray” Firmino ilə razılaşdı
- Avropa çempionatında iştirak edəcək cüdoçularla görüş keçirilib - FOTO
- Azərbaycan Prezidenti: “Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”
- Zaha karyerasını ABŞ-də davam etdirə bilər
- “Qarabağ” - “Qəbələ” oyununun vaxtı dəyişdirildi
0
0