"Barselona" hücumçusunu 20 milyon avroya sata bilər
23.12.2024 - 14:42
!["Barselona" hücumçusunu 20 milyon avroya sata bilər](https://ww3.apasport.az/storage/news/2024/december/23/big/67693b8345b1c67693b8345b1d173494976367693b8345b1a67693b8345b1b.webp)
"Barselona"nın "Betis"də icarə əsasında çıxış edən hücumçusu Vitor Roke vətəninə qayıda bilər.
Apasport.az xəbər verir ki, "Palmeyras" 19 yaşlı futbolçunu almaqda maraqlıdır.
Braziliya A Seriya klubu Roke üçün bonuslar istisna olmaqla, təxminən 20 milyon avro ödəməyə hazırdır.
Transferi başa çatdırmaq asan olmayacaq, çünki "Betis" oyunçunu almaq hüququna malikdir.
Roke Sevilya komandasının heyətində 23 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib. Hücumçunun "Barselona" ilə müqaviləsi 2031-ci ilə qədərdir.
0
0