"Barselona" "Lester"in yarımmüdafiəçisini ala bilər
06.06.2024 - 11:44
Kataloniya "Barselona"sı yay "transfer pəncərəsi"ndə "Lester"in yarımmüdafiəçisini sıralarına qata bilər.
Apasport.az xəbər verir ki, "blauqrana" müqaviləsi iyulda başa çatacaq Vilfred Ndidini dəvət etməkdə maraqlıdır.
Mənbənin sözlərinə görə, “Blauqrana”nın baş məşqçisi Hans-Diter Flik nigeriyalını bəyənir, lakin Vilfred hələlik prioritet namizəd deyil.
Qeyd edək ki, Ndidi azad agent kimi Kataloniya klubuna keçə bilər. Bu da maliyyə problemləri yaşayan "Barselona" üçün faydalı olacaq. 27 yaşlı Vilfred ötən mövsüm Çempionşipdə 4 qol vurub, 5 məhsuldar ötürmə edib.
- Millimiz İspaniya ilə eyni qrupda
- Rusiya Avarçəkmə Federasiyasının prezidenti: "MDB Oyunları gənc idmançılar üçün vacib bir startdır"
- Ronaldoya istehzalı sataşma: "Əl Nəsr"ə gedəndən 200 penalti vurub”
- "Trabzonspor"dan AEK-ə: ZUBKOV YUNANISTAN ÇEMPİONUNA KEÇDİ
- Bakıda yeni cüdo zalı fəaliyyətə başlayıb
0
0