"Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisini ala bilər
17.04.2025 - 13:19
"Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisini ala bilər

"Mançester Siti"nin və Portuqaliya yığmasının yarımmüdafiəçisi Bernardo Silva komandasını tərk edə bilər.

Apasport.az "Todofichajes" nəşrinə istinadla xəbər verir ki, ulduz yarımmüdafiəçinin İspaniya çempionatında çıxış etmək imkanı var.

Bernardo Silva İspaniyada oynayacaq?

"Barselona" portuqaliyalı yarımmüdafiəçini transfer etməkdə maraqlıdır.

"Transfermarkt" oyunçunun bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir.

Bernardo Silva Premyer Liqada neçə qol vurub?

Bernardonun "şəhərlilər"lə hazırkı müqaviləsi 2026-cı ilin iyununun sonunda başa çatacaq. İngiltərə çempionatının cari mövsümündə Bernardo 27 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.