“Barselona” “Qızıl top”un qalibi ilə müqaviləni uzatdı
17.09.2024 - 09:57
![“Barselona” “Qızıl top”un qalibi ilə müqaviləni uzatdı](https://ww3.apasport.az/storage/news/2024/september/17/big/66e91ae3556a666e91ae3556a7172655280366e91ae3556a266e91ae3556a4.png)
Qadın futbolçulardan ibarət “Barselona” klubu futbolçusu Aytana Bonmati ilə müqaviləni uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı oyunçunun sözləşməsi 2028-ci ilin yayına kimi artırılıb.
Bonmati kataloniyalılarla 275 oyunda 96 qol vurub. O, klub tarixinin bombardiridir. Futbolçu “Barselona” ilə 23 titul qazanıb. O, ötən il “Qızıl top” mükafatının sahibi olub.
0
0