"Barselona"nın istedadlı yarımmüdafiəçisi Pedri PSJ-nin radarına düşüb.
Apasport.az xəbər verir ki, şayiələrə görə, Liqa 1 nəhəngi bu oyunçunu almaq üçün böyük məbləğdə pul xərcləməyə hazırdır. Bunun fonunda Kataloniya klubu Pedri ilə bağlı qərar qəbul edib - “mavi qranatlar” 21 yaşlı futbolçu ilə müqaviləni uzatmaq istəyir.
"Barselona" artıq Pedri üçün rəsmi təklif hazırlayır, tərəflər arasında tezliklə danışıqlara başlanacaq. İspaniyalının hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
"Blauqrana"nın əsas heyətində yarımmüdafiəçi 134 oyun keçirib, 18 qol vurub və 13 məhsuldar ötürmə edib.
- Vüsal İsgəndərli: “Xaricə getmək istəyirəm, rəsmi söhbətlər var” - MÜSAHİBƏ
- Qurban Qurbanov: "Bir komanda ilə 4 dəfə oynamaq bizim üçün maraqsızdır"
- Tarixinin ən bahalı transferini razılaşdırdı
- “Beşiktaş”ın prezidenti: 15 milyon avro verən Rafa Silvanı ala bilər
- “Mançester Yunayted”in futbolçusu Bundesliqanın bir addımlığında