“Barselona”nın Reşford arzusu
11.05.2025 - 11:45
“Barselona”nın Reşford arzusu

Markus Reşford karyerasını La Liqada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, o, "Barselona"nın maraq dairəsinə düşüb.

Kataloniya təmsilçisi müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan futbolçunu heyətinə qatmaq niyyətindədir.

"Mavi-qırmızılar" hazırda "Aston Villa"da çıxış edən Reşfordu yayda rənglərinə bağlamaq istəyir.

Qeyd edək ki, Markus bu mövsüm Premyer Liqada 25 oyunda 6 qol vurub.