"Marsel"də yeni hücumçu
21.01.2024 - 11:52
!["Marsel"də yeni hücumçu](https://ww3.apasport.az/storage/news/2024/january/21/big/65acbf9778e0765acbf9778e08170582005565acbf9778e0565acbf9778e06.jpg)
“Marsel” hücum xəttini gücləndirib.
Apasport.az xəbər verir ki, Paris klubu "Bodo-Qlimt"dən hücumçu Faris Pemi Mumbanyanı transfer etdiyini açıqlayıb.
Fransızlar 23 yaşlı forvardın keçidinə görə Norveç təmsilçisinə 8 milyon avro ödəyəcək. Kamerun millisinin də şərəfini qoruyan Mumbanya 2028-ci ilin iyun ayına qədər “Marsel”də çıxış edəcək.
0
0