Türkiyə millisinin veteran futbolçusu Halil Altıntopa “Bavariya”da vəzifə verilib.
Apasport.az saytı xəbər verir ki, Münhen təmsilçisində məşqçi skautu işləyən 40 yaşlı mütəxəssis bundan sonra klubun akademiyasında idman direktoru kimi fəaliyyət göstərəcək.
Yeni işinə başlayacağı günü səbirsizliklə gözlədiyini deyən Altıntop göstərilən etimada görə “Bavariya” rəhbərliyinə təşəkkür edərək, nəticə qazanmaq üçün bütün gücü ilə çalışacağını bildirib.
Qeyd edək ki, Almaniya, Türkiyə və Çexiya klublarında forma geyinmiş Altıntop 38 matçda milli komandanın şərəfini qoruyub. Futbolçunun əkiz qardaşı Hamit Altıntop isə Türkiyə Futbol Federasiyasının idarə heyətinin üzvüdür.
- "Barselona" "Bayer"in müdafiəçisini həyətinə qatacaq
- Güləş üzrə ölkə çempionatı başa çatıb - FOTO
- “LANDAU Lions” Çempionlar Liqasında mübarizəni dayandırıb
- “İdman həftəsi” çərçivəsində daha bir turnir keçirilib
- Azərbaycan və İordaniya Taekvondo federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb - VİDEO