Almaniya Bundesliqası komandalarından "Bavariya"nın heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Münhen təmsilçisinin hücumçusu Harri Keyn sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli forvard Çempionlar Liqası pley-off mərhələsinin "Seltik"lə cavab matçının (1:1) ilk hissəsində zədələnib.
Baldır əzələsindən xəsarət alan 31 yaşlı futbolçunun yaşıl meydanlara qayıdacağı tarix barədə məlumat verilməyib.
Qeyd edək ki, Harri Keyn bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 29 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azərbaycan millisi Türkiyədə birgə təlim-məşq toplanışı keçirib - VİDEO
- Ceremi Doku: “Mançester Siti” televiziyada çox yaxşı çıxış edirlər”
- "Neftçi"nin təlim-məşq toplanışı davam edir
- Uşaqlar hakimi söydülər, diskvalifikasiya olundular
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”