“Bayer” Florian Virtzə qiymət qoyub
17.05.2025 - 10:39
“Bayer” Florian Virtzə qiymət qoyub

Bundesliqa təmsilçilərindən “Bayer” futbolçusu Florian Virtzə qiymət qoyub.

Apasport.az xəbər verir ki, Leverkuzen təmsilçisi alman futbolçunun satışından 150 milyon avro qazanmağı planlaşdırır. 

Virtzlə “Real”, “Bavariya”, “Mançester Siti”, “Liverpul” maraqlanır.

Qeyd edək ki, 22 yaşlı hücumçu bu mövsüm Bundesliqada 30 oyunda 10 qol vurub, 12 məhsuldar ötürmə edib.