"Tottenhem"də ciddi itki: Finalı buraxa bilər
14.05.2025 - 18:14
“Tottenhem”də ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Deyan Kuluşevski zədələnib.
O, Premyer Liqanın XXXVI turunun ” Kristal Pelas”la oyununda (0:2) dizindən xəsarət alıb.
İsveçli müdafiəçi Mark Queyi ilə toqquşduqdan sonra matçı davam etdirə bilməyib. Kuluşevski ertəsi gün komandanın məşqini buraxıb. Onun mayın 21-də Bilbaodakı keçiriləcək “Mançester Yunayted”lə Avropa Liqasının finalında iştirak edə bilməyəcəyi düşünülür.
Qeyd edək ki, “Tottenhem” bunadək yarımmüdafiəçiləri Ceyms Meddison və Lukas Berqvallu zədə səbəbindən itirib.
- Ozancan Kökçü seçim qarşısında: Azərbaycan, yoxsa Asiya?
- Tərlan Əhmədov: "Maşınımı satıb, futbolçuların maaşını vermişəm" - VİDEO
- “Fənərbaxça” son anda məğlub oldu: ÇL-də günün nəticələri - YENİLƏNİB
- Bakıda “Grand Prix” beynəlxalq karate turniri keçiriləcək
- Yeniyetmə cüdoçular arasında liqa yarışına yekun vurulub - FOTO
0
0