"Bayer"də itki
25.10.2024 - 17:17
!["Bayer"də itki](https://ww3.apasport.az/storage/news/2024/october/25/big/671b976cb4472671b976cb44731729861484671b976cb4470671b976cb4471.jpeg)
Bundesliqa nəhənglərindən “Bayer” (Leverkuzen) aparıcı futbolçusunu itirib.
Apasport.az “Bild”ə istinadən xəbər verir ki, Amin Adli zədə səbəbindən bir neçə ay meydana çıxa bilməyəcək.
O, Çempionlar Liqasının “Brest”lə oyununda (1:1) sıradan çıxıb.
Futbolçunun fibula sümüyü qırılıb və yaxın vaxtlarda əməliyyat olunacaq. Futbolçu ən azı 2025-ci ilin yanvarına qədər meydana çıxmayacaq.
0
0