Bellingem "İlin sıçrayışı" mükafatını qazanıb
23.04.2024 - 15:08

Serb tennisçi Novak Cokoviç və ispaniyalı futbolçu Aitana Bonmati "Laureus"a görə ilin idmançıları seçilib.
Apasport.az xəbər verir ki, 36 yaşlı serb beşinci dəfə, 26 yaşlı ispaniyalı ilk dəfə mükafata layiq görülüb. Rəsmi mükafatlandırma mərasimi Madriddə baş tutub.
"İlin sıçrayışı" mükafatı "Real Madrid"in futbolçusu Cud Bellingemə, "İlin Paralimpiyaçısı" Niderlanddan olan Diede de Qruta, "İlin komandası" mükafatı İspaniya qadın milli futbol komandasına verilib.
2023-cü ildə argentinalı futbolçu Lionel Messi və yamaykalı atlet Şelli-Ann Freyzer-Prays ilin idmançısı olub.
- Bəhlul Mustafazadə: "Özümüzdə böyük güc hiss edirik"
- "Elfsborq"un futbolçusu: "Ümid edirəm ki, bu gecə hava mümkün qədər soyuq olar"
- Stankoviç: “Hər iki cəbhədə uğurlu olmağa çalışacağıq”
- Padel tennis üzrə Bakı şəhər çempionatına yekun vurulub
- Naxçıvanda Şahmat Olimpiadasının açılışı olub - FOTOLENT
0
0