Bellingem “Real” əfsanələri ilə bir sırada
28.10.2023 - 23:29
“Real”ın yarımmüdafiəçisi Cud Bellingem klubun tarixinə düşüb.
Apasport.az saytı xəbər verir ki, ingiltərəli futbolçu komandanın ilk 13 oyununda 13 dəfə fərqlənib.
O, “Barselona” ilə oyundan dubl edərək bu uğura nail olub. Bunadək “Real”ın heyətində Alfredo Di Stefano və Kriştiano Ronaldo bu göstəriciyə imza atıb. Bellingemin 13 qol və 3 ötürməlik nəticəsi cari mövsümdə Avropanın top liqalarında ən yaxşıdır.
Qeyd edək ki, İngiltərə yığmasının üzvü yayda 103 milyon avroya transfer olunub.
- "Çelsi" və "Arsenal" "Vest Hem"in oyunçusu ilə maraqlanır
- Türkiyə Olimpiya Komitəsinin vitse-prezidenti: Azərbaycanın idman sahəsindəki uğuru məni qürurlandırır
- AFFA-da fövqəladə iclas: Canni de Byazi ilə bağlı qərar veriləcək
- I Liqada son 7 mövsümün rekordu təkrarlanıb
- “Yunayted”dən səfərdə inamlı qələbə
0
0