Benitez Braziliya klubunu çalışdıra bilər
27.01.2025 - 18:21
İspaniya La Liqası komandalarından “Real Madrid”ın sabiq baş məşqçisi Rafael Benitez karyerasını Braziliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Botafoqo” mütəxəssisin xidmətində maraqlıdır.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Braziliya klubunun Benitezlə yaxın zamanda danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, ispaniyalı mütəxəssis daha öncə “Real”, “Napoli”, “İnter”, “Çelsi”, “Liverpul” kimi klublara rəhbərlik edib.
- Azərbaycan Kubokunda 1/8 final cütləri bəlli olub
- Boksçumuz Avropa birinciliyində erməni nokaut edib finala yüksəldi
- Jorj Kaşkilya: “Portuqaliyada Azərbaycan futbolunu diqqətdə saxlayırlar”
- ATF "Konstitusiya və Suverenlik İli"nə həsr olunan dəyirmi masa keçirib
- "Çalhanoğlu dünyanın ikinci ən güclü mərkəz yarımmüdafiəçisidir”
0
0