“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Mark Kasado karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 22 yaşlı futbolçu “Beşiktaş”ın transfer hədəfləri sırasındadır.
Bu barədə “Sport” nəşri məlumat yayıb. Mənbənin iddiasına görə, İstanbul klubunun idman direktoru Eduard Qraf “La Masiya” akademiyasının yetirmələrini yaxından izləyir.
“Beşiktaş” Kasadonun keçidi üçün artıq futbolçunun agenti Jorje Mendeşlə əlaqə saxlayıb.
İspaniyalı futbolçu ilə “Milan”ın da maraqlandığı bildirilir. İtaliya klubu onu “Napoli”nin hücumçusu Rasmus Höylundun transferinə alternativ variant kimi nəzərdən keçirib.
Qeyd edək ki, Mark Kasadonun Hansi Flikin rəhbərliyi altında “Barselona”da az şans qazandığı üçün komandadan ayrılmağa hazır olduğu iddia olunur.