Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Ernest Muçi sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı vinger Albaniya milli komandasının UEFA Millətlər Liqasının 6-cı turunda Ukrayna ilə keçirdiyi oyunda (1:2) ayaq əzələsində zədələnib. Müalicəsinə başlanılan ön xətt oyunçusu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Beşiktaş" Ernest Muçini ötən ilin fevral ayında "Legiya"dan (Varşava) transfer edib. Futbolçu bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Kəpəz" müdafiəçisi ilə yolları ayırdı
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib - YENİLƏNİB
- Yuri Maksimov: “Azərbaycandan təklif almışam”
- Bakıda 3x3 basketbol üzrə Dünya Qadın Seriyası keçiriləcək
- Abbas Hüseynov: "İkinci mərhələdə "Hamrun"la düşməyimizi istəyərəm" - Müsahibə