"Beşiktaş"ın Di Mariya planı baş tutmadı
12.07.2024 - 11:44
Son zamanlar adı “Beşiktaş”la gündəmə gələn Anxel Di Mariya komandasında qalıb.
Apasport.az xəbər verir ki, argentinalı ulduz “Benfika” ilə müqaviləsini yeniləyib.
Müqaviləyə əsasən, Di Mariya hələ 1 il də portuqalların şərəfini qoruyacaq.
Qeyd edək ki, 36 yaşlı futbolçu ötən mövsüm “Benfika”da 48 oyuna çıxıb, 17 qol vurub, 15 məhsuldar ötürmə verib.
- AFFA U-13 Liqasında çıxış edən komandanı yarışdan uzaqlaşdırıb
- 167 santimetrlə tarixə düşdü: Fayzullayevdən DÇ rekordu
- “Fənərbaxça”dan 6 milyonluq təklif
- "Sabah"ın yeni transferi: "Burada olduğum üçün şadam" - VİDEO
- Murad Musayev: "İdeal olaraq bir aydan sonra yenidən işə başlamaq istərdim, amma..."
0
0