“Beşiktaş”ın futbolçusu La Liqada çıxış edə bilər
11.08.2025 - 12:57
“Beşiktaş”ın futbolçusu La Liqada çıxış edə bilər

“Beşiktaş”ın futbolçusu Milot Raşitsa karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, La Liqaya geri qayıdan “Real Ovyedo” futbolçu ilə yaxından maraqlanır.

“Qara qartallar” 29 yaşlı vinger üçün 7 milyon avro tələb edir. Raşitsanın “Beşiktaş”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Qeyd edək ki, Kosovo millisinin üzvü olan Milot karyerası ərzində”Vuştria”, “Kurda”(hər ikisi Kosovo), “Vitess”(Niderland), “Verder”(Almaniya), “Norviç”(İngiltərə), “Qalatasaray” klublarında oynayıb.