Bir vaxtların ulduz futbolçusu "Kruzeyro"da
01.01.2025 - 22:01
![Bir vaxtların ulduz futbolçusu "Kruzeyro"da](https://ww3.apasport.az/storage/news/2025/january/01/big/6775834168cbf6775834168cc017357545616775834168cb46775834168cbe.jpg)
Braziliyalı hücumçu Qabriel Barbosanın yeni klubunun adı müəyyənləşib.
Apasport.az xəbər verir ki, "Flamenqo"dan ayrılan 28 yaşlı forvard "Kruzeyro"ya keçib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Braziliya milli komandasının sabiq üzvü ilə 2028-ci ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Qabriel Barbosa "Flamenqo"ya 2020-ci ilin əvvəlində İtaliya "İnter"indən keçmişdi. "Qabiqol" ləqəbli futbolçu son mövsümdə "qırmızı-qaralar"ın heyətində keçirdiyi 38 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0