![Sabiq "Qalatasaray"lı karyerasını bitirib](https://ww3.apasport.az/storage/news/2025/january/28/big/67986d078c65367986d078c654173804263167986d078c65167986d078c652.jpg)
"Qalatasaray"ın sabiq futbolçusu Ömər Elabdullayi 33 yaşında karyerasını bitirib.
Apasport.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib:
"Futboldan uzaqlaşmağın vaxtı gəlib. Bu inanılmaz səyahətin bir hissəsi olan hər kəsə ürəkdən təşəkkür edirəm".
2020-2022-ci illərdə "Qalatasaray"da çıxış edən norveçli Türkiyə klubundan ayrıldıqdan sonra 2 il "Bodo-Qlimt" forması geyinib.
Xatırladaq ki, o, 31 dekabr 2020-ci ildə əlindəki fişəngin partlaması nəticəsində gözündən yaralanmışdı.
Hər iki gözündən zədə alan Elabdullayi 14 aylıq reabilitasiya prosesindən sonra futbola qayıtmışdı.
Karyerasında 298 matça çıxan Omar 14 qol, 25 məhsuldar ötürmə ilə yadda qalıb.