Birminqem klubunda baş məşqçi DƏYİŞİKLİYİ
20.03.2024 - 00:24
![Birminqem klubunda baş məşqçi DƏYİŞİKLİYİ](https://ww3.apasport.az/storage/news/2024/march/19/big/65f9db773f0f565f9db773f0f6171087346365f9db773f0f065f9db773f0f4.jpg)
Cari mövsümün sonunadək Qeri Rouet "Birminqem Siti"nin baş məşqçisi təyin oluna bilər.
Apasport.az xəbər verir ki, o, daha əvvəl 2014-2016-cı illərdə bu komandada çalışıb.
Toni Moubrey səhhətində yaranan problemlərə görə müvəqqəti olaraq klubdaki vəzifəsini tərk etmək məcburiyyətində qalıb. Rouetin rəhbərlik etdiyi komandanın ilk oyununu QPR-ə qarşı keçirəcəyi bildirilir.
Qeyd edək ki, Birminqem təmsilçisi hazırda Çempionşipdə 21-ci yerdədir
0
0