
Türkiyə Super Liqası təmsilçilərindən “Qalatasaray” yeni bəyanat yayıb.
Apasport.az xəbər verir ki, “sarı-qırmızılılar” derbidə baş verən hadisələrin ölkə futboluna böyük ziyan verdiyini bildirib:
“Türk futboluna töhfə vermək ümidi ilə ölkəyə gətirilməsinə baxmayaraq, rəqib komandanın baş məşqçisinin son 8 ayda futbolumuza vurduğu ziyan sürətlə artmağa davam edir. Keçmişdə bu cür qeyri-etik hadisələrə görə dünya futbol ictimaiyyəti tərəfindən tanınan bu şəxsin adından çıxıb üzr istəmək əvəzinə,"Fənərbaxça" tərəfindən türk futbol ictimaiyyətinin ağlı ilə zarafat edirmiş kimi verdiyi açıqlamaya cavab vermək məcburiyyətində qaldığımız üçün təəssüf edirik. Allah heç kimi, bütün dünyanın gözü qarşısında yaşanmış, idman adına utancverici bir hadisəni sırf baş məşqçisinin daha az cəza alması üçün müdafiə etmək məcburiyyətində qoymasın. Dünən bizə əxlaq dərsi verməyə çalışanların bu gün düşdükləri acınacaqlı vəziyyəti üzüntü ilə izləyir, onlar və türk futbolu adına bir daha utanırıq”.
Qeyd edək ki, baş verən mübahisədə “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Okan Burukun burnunu sıxmışdı.
- Altı güləşçimiz Parisə yollanıb
- Qazaxıstan taekvondoçuları Bakıda hazırlıq keçir
- AAAF-ın mətbuat katibi: “Hadisə baş verən an internetdə kəsilmə oldu”
- Türkiyə klublarının reytinqi: "Fənərbaxça" nəhənglərin önündə
- “Turan Tovuz”un forvardı qırılan işıq dirəyi ilə bağlı: “Tək sevindirici hal…” - Müsahibə