
İngilis məşqçi Qrem Potter “Lion”a rəhbərlik edə bilər.
Apasport.az saytı xəbər verir ki, "Çelsi"nin 48 yaşlı sabiq baş məşqçisi Fransa klubunun sahibi Con Tekstor ilə ikinci dəfə görüşərək keçidi müzakirə edib.
Yeni mövsümə uğursuz başlayan lionlular meydana çıxdıqları 3 matçda cəmi 1 xal qazanıblar. Hesabat turunda komandanın evdə PSJ-yə böyükhesablı (1:4) məğlubiyyəti Tekstorun “səbr kasasını” daşırıb. Lionluların hazırkı çalışdırıcısı Loran Blanın yaxın vaxtlarda istefaya göndəriləcəyi bildirilir.
Qeyd edək ki, 47 yaşlı Blan 2022-ci ildən Liqa 1 təmsilçisinə rəhbərlik edir. Onun komandayla müqaviləsi gələn ilin yayına kimi nəzərdə tutulub.
- Mauntun durumuna aydınlıq gəldi
- NTD-nin basketbolçusu: "Bu mövsüm üçün əsas məqsədimiz play-off-a çıxmaqdır"
- “Eqnatiya”nın idman direktoru: “Qarabağ”la bunu müzakirə etməliyik" - Açıqlama
- Qadın futbolçularımız B Liqasına yüksəlib
- Təbriz Həsənov: “Onlar avrokuboklarda bizi təəccübləndirəcək - MÜSAHİBƏ