“Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
04.09.2026 - 12:47
“Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək

Fransanın “Bordo” klubu ölkə futbolunun dördüncü səviyyəsindən aşağı liqaya göndərilib.

Apasport.az xəbər verir ki, Fransa Futbol Federasiyası klubun növbəti mövsüm ölkənin dördüncü liqasında iştirakına icazə verməyib.

Qərara “Bordo”nun maliyyə vəziyyəti və federasiyaya təqdim etdiyi təminatların yetərli hesab olunmaması səbəb göstərilib.

Klub isə bununla razılaşmadığını açıqlayıb. “Bordo” maliyyə öhdəliklərini yerinə yetirdiyini, təqdim etdiyi sənədlərin nəzərə alınmadığını bildirib və qərardan şikayət edəcəyini bəyan edib.