"Borussiya"da bir dövrün sonu - Kapitan gəmisini tərk edir
16.01.2024 - 22:58
"Borussiya"nın kapitanı Marko Roys mövsümün sonunda komandadan ayrılacaq.
Apasport.az xəbər verir ki, 34 yaşlı hücumçu iyun ayında başa çatan müqaviləsini yeniləməyəcək. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Qeyd edək ki, "sarı-qaralar" Marko Roysu 2012-ci ilin yayında Münhenqladbax "Borussiya"sından transfer etmişdi. Alman futbolçu komandanın heyətində meydana çıxdığı 410 rəsmi matçda 167 qol və 124 məhsuldar ötürmə ilə yadda qalıb.
- Messi qanunsuz tikilidə - evinin bir hissəsi sökülə bilər
- Azərbaycan - Slovakiya matçının keçiriləcəyi stadion açıqlanıb
- Luis Enrike DÇ-2022-nin favoritlərini açıqladı
- Mikel Alvaro: “Qarabağ” komanda olaraq böyük uğura imza atıb”
- ASİNF "Prezident Kuboku 2026" öncəsi Ağdərə sakinləri ilə görüş keçirib
0
0