“Borussiya”dan Premyer Liqaya
10.07.2023 - 15:00
Dortmund “Borussiya”sının futbolçusu Sumaila Kulibali karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, 19 yaşlı mərkəz müdafiəçisi “Bernli”yə icarəyə veriləcək.
Bir mövsümlük icarə müqaviləsində sonradan alınma öhdəliyi də yer alıb. Premyer Liqa klubu gələn yay Sumailanın transfer hüququna sahib çıxmalıdır. Tibbi müayinədən sonra Kulibalinin keçidi rəsmiləşəcək.
Qeyd edək ki, Sumaila ötən mövsümün böyük hissəsini “Borussiya”nın ikinci komandasında keçirib.
- Elmin Əliyev beynəlxalq turnirdə qızıl medal qazanıb
- Mahir Şükürov: “Komandada olan yenilərin çoxu "Neftçi”yə layiq deyil” - MÜSAHİBƏ
- Demian Lillard və Bred Bill “Mayami”nin hədəfində
- Milan derbisində sevinən tərəf “rossonyerilər” oldu
- Dioqo Balau: “Bəzi Azərbaycan klubları II və III liqa səviyyəsindədir”
0
0