“Fənərbaxça” Avstriya toplanışını qələbə ilə başa vurdu
14.07.2026 - 23:43
“Fənərbaxça” yeni mövsümə hazırlıq çərçivəsində Avstriyadakı son yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, İsmail Kartalın baş məşqçisi olduğu komanda LASK-la qarşılaşıb.
Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Fənərbaxça”nın qollarını İrfan Can Kahveci və Kerem Aktürloğlu vurublar.
Qeyd edək ki, “Fənərbaxça” Avstriya toplanışında “Admira Vakker”ə 5:0, “Poqon”a 4:0, LASK-a isə 2:1 hesabı ilə qalib gəlib.
- Meksika – Cənubi Afrika matçının ən yaxşısı məlum oldu
- "Kəpəz"in futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Acun Ilıcalı: “Qalatasaray” liqada açıq-aşkar irəli çəkilir"
- "Neftçi"nin baş məşqçisi: "Sabah" - "Qarabağ" oyununda heç-heçə bizə sərf edər" - MÜSAHİBƏ
- Enrike Silva: "Sabah" və "Qarabağ"a yaxınlaşmağa çalışmalıyıq"
0
0