Bundesliqa tarixində yeni rekord
23.11.2025 - 13:35
Almaniyanın “Maynts” klubunun yarımmüdafiəçisi Dominik Kor Bundesliqa tarixində yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 11-ci tur çərçivəsində “Hoffenhaym”la görüşün (1:1) 88-ci dəqiqəsində qırmızı vərəqə alan futbolçu çempionat tarixində ən çox meydandan qovulan oyunçu adına yiyələnib. Bu, onun Almaniya çempionatındakı 9-cu qırmızı vərəqəsi olub.
Qeyd edək ki, 2022-ci ildən “Maynts”da çıxış edən yarımmüdafiəçi bu cəzaların 6-sını məhz indiki komandasında alıb.
- Benzema: “Betis”lə matçda azarkeşlərimizi sevindirməliyik”
- Azərbaycanda ilk dəfə keçiriləcək Ne-vaza ACF Kubokuna hakimlərin hazırlığı üçün təlim keçirilib
- “Neftçi Arena”nın oturacaqlarının rəngi dəyişdiriləcək
- "Qarabağ" Xorvatiya klubunu məğlub edib
- “Qarabağ” “Top-60”da: “Fiorentina”ya çatdı, “Qalatasaray”a bir addım qaldı
0
0