Caka “Bayer”lə razılığa gəldi
17.05.2023 - 17:45
“Arsenal”ın futbolçusu Qranit Caka karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı isveçrəli yarımmüdafiəçi “Bayer”lə razılıq əldə edib.
Tərəflər müqavilənin bütün şərtlərində ortaq məxrəcə gəlib. O, yayda Leverkuzen təmsilçisinə qoşulacaq. Caka “aspirinlər”lə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, cari mövsüm London klubunda 45 matç keçirən Qranit 7 qol və 7 məhsuldar ötürməyə imza atıb.
- Krunoslav Renduliç: "Bu matç bizim üçün yaxşı dərs oldu"
- Şəhriyar Məmmədyarov FIDE reytinqinin ilk "10-luğ"unda
- Daha bir güləşçimiz Avropa çempionu oldu
- "Neftçi"nin yeni transferi: "Azərbaycanın ən böyük klubunda oynamaq üçün səbirsizlənirəm"
- "Səbail"in kapitanı: "Avrokuboklara düşməmək bizim üçün uğursuzluq deyil" - Müsahibə
0
0