Çalhanoğlu üçün mövsüm başa çatdı: "İNTER"Ə AĞIR ZƏRBƏ
28.04.2026 - 00:19
Hakan Çalhanoğlunun durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu barədə "İnter"in mətbuat xidməti məlumat yayıb.
Futbolçu İtaliya A Seriyasının XXXIV turunun "Torino" ilə matçını buraxıb.
Buna səbəb onun sol ayağından zədə alması olub. Bildirilir ki, 32 yaşlı oyunçu İtaliya Kubokunun "Latsio" ilə final oyununu və mövsümün qalan hissəsini buraxa bilər.
Türkiyə millisinin üzvünün Dünya çempionatına qədər sağalacağı gözlənilir.
Qeyd edək ki, o, bu mövsüm 22 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.
- Kokedən qalmaqallı ittiham – “Hakimlər alınıb”
- Azərbaycan Prezidenti: “Bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır”
- Azərbaycan çempionu müəyyənləşir - "Zirə", yoxsa "Birbaşa Bakı"?
- “300”ü fəth edənlər - SİYAHI
- 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır
0
0