“Çelsi” rəhbərliyi yaxın illərin ən səs-küylü transferlərindən birini həyata keçirmək imkanını nəzərdən keçirir.
Apasport.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, London klubu “Real”ın ulduz futbolçusu Vinisius Junioru heyətinə qatmaqda israrlıdır.
İngiltərə təmsilçisi 25 yaşlı vinger üçün təxminən 160 milyon avro ödəməyə hazırdır. Bu məbləğ braziliyalı oyunçunun transferini Avropa futbolu tarixində ən bahalı keçidlərdən birinə çevirə bilər.
Vinisiusun “Real”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Mənbənin iddiasına görə, futbolçu sözləşməni uzatmağa tələsmir. La Liqa nəhəngi komandanın liderlərindən birini kompensasiya almadan itirməkdən ehtiyat edir. Bu səbəbdən yaxın zamanda transfer variantını istisna etmirlər.
- Azərbaycan Beynəlxalq Universitet İdman Festivalında 10 boksçu ilə təmsil olunacaq
- "Mançester Yunayted" "Milan"ın müdafiəçisini istəyir
- Beynəlxalq Konkisürmə İttifaqı yarışlarda salto yerinə yetirməyə icazə verib
- “Liverpul”un favorit göstərilməsi “Real”ın lehinə işləyəcək
- "Adana Dəmirspor"dan şok baş məşqçi qərarı