"Çelsi"də yeni müqavilə
02.08.2023 - 11:53
!["Çelsi"də yeni müqavilə](https://ww3.apasport.az/storage/news/2023/august/02/big/64ca0b881848764ca0b8818488169096282464ca0b881848564ca0b8818486.png)
"Çelsi" futbolçusu Levi Kolvill ilə müqavilənin müddətini artırıb.
Apasport.az saytı xəbər verir ki, 20 yaşlı müdafiəçi 2029-cu ilin yayına kimi “zadəganlar”ın şərəfini qoruyacaq.
London klubunun öz yetirməsi olan ingilis arxa xətt oyunçusu 2019-cu ildə “Çelsi”nin akademiyasına qəbul edilib. O, 2021-ci ildən əsas komandaya cəlb edilib.
Qeyd edək ki, Kolvill ötən mövsüm 22 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0