Çempionlar Liqasında həftənin oyunçusu
15.12.2023 - 21:39
![Çempionlar Liqasında həftənin oyunçusu](https://ww3.apasport.az/storage/news/2023/december/15/big/657c809020c75657c809020c761702658192657c809020c73657c809020c74.jpg)
Çempionlar Liqasında həftənin oyunçusunun adı açıqlanıb.
Apasport.az xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, “Porto”nun hücumameyilli yarımmüdafiəçisi Qaleno bu ada layiq görülüb. 26 yaşlı braziliyalı qrup mərhələsinin 6-cı turunun “Şaxtyor”la görüşündə (5:3) dubl edib və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Həftənin oyunçusu mükafatına Anxel Di Maria (“Benfika”), Xoselu (“Real Madrid”) və Samuel Lino (“Atletiko”) da namizəd idi.
0
0