Çempionlar Liqasının üçqat qalibi vəfat etdi
23.11.2022 - 17:30

“Liverpul”, “Everton” və “İpsviç”in sabiq futbolçusu Devid Conson vəfat edib.
Apasport.az saytının məlumatına görə, futbol veteranı 71 yaşında ölüb.
Sabiq hücumçu Çempionlar Liqasının (həmin vaxt Çempionlar kuboku adlanırdı) qalibi olub. Conson 5 qat İngiltərə çempionudur. O, karyerası ərzində 321 matçda 102 qol vurub.
Qeyd edək ki, İngiltərə yığmasında 8 oyunda 6 dəfə fərqlənən forvard AVRO-1980-nin iştirakçısıdır.
- Xanoğlan Kərimov 1/8 finalda dayandı - YENİLƏNİB
- Fernandu Santuş: "Bizim üçün əsas olan Azərbaycan bayrağına görə oynamaqdır"
- İtaliyalı prezident: "Rusları Bakıya buraxmaqla təsnifatı korlamış olacağıq"
- Fərid Namazov: "İmişli" olaraq bu etapı geridə qoymuşuq" - MÜSAHİBƏ
- "Qalatasaray"dan Osimhen üçün 65 milyon avro - "Napoli"nin cavabı
0
0