
Fransanın Daxili İşlər Nazirliyi Liqa 1-in 22-ci həftəsində baş tutacaq görüşlə bağlı azarkeşlərə xəbərdarlıq edib.
Apasport.az bu barədə "Lequipe" nəşrinə istinadla xəbər verir.
Daxili işlər naziri Gerald Darman parisli tərəfdarların Nanta getməsini qadağa edib. Dövlət rəsmisi bu qərarı PSJ və "Nant" arasında baş tutan öncəki oyunlarla əlaqələndirib. Darman bildirib ki, iki klubun tərəfdarları arasında real və ciddi qarşıdurma riski mövcuddur.
Qeyd edilib ki, parislilərin Nant səfəri ictimai asayişin pozulmasına səbəb olur.
Nazirlik, iki komanda arasında olan “düşmənçilik münasibətləri”ni xüsusilə bildirib.
- Avropa çempionatının finalçısı növbəti mərhələdə - NƏTİCƏLƏR
- Adil Şükürov: “Büdcəmiz kasaddır, ancaq Gəncəyə əbəs yerə “futbolumuzun Məkkəsi” demirlər” - Müsahibə
- Frankovski rəsmən "Qalatasaray"da: Detallar açıqlandı
- 2 boksçumuz Avropa birinciliyininin 1/4 finalında
- ABL: “Sərhədçi” evində məğlub oldu