“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq mövsümün sonunda komandasını dəyişmək fikrində deyil.
Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü Kataloniya klubundakı durumundan razıdır.
“Barselona”nın Çempionlar Liqasında uğursuz çıxışı da 25 yaşlı orta sahə oyunçusunun qərarını dəyişmir. De Yonq “Çelsi” və “Mançester Yunayted”in maraq dairəsində olsa da, istənilən təklfi rədd edəcək.
Qeyd edək ki, 2019-cu ildən “Barselona”da çıxış edən Frenki de Yonq qış fasiləsində “Mançester Yunayted”dən təklif alsa da, bunu qəbul etməyib. Onun İspaniya klubu ilə sözləşməsi 2026-cı ilə qədərdir.
- Aslan Kərimov: “Onların büdcəsi "Qarabağ"ınkı qədər olsa, ağdamlılar bu cür lider olası deyil” - MÜSAHİBƏ
- Qazaxıstan millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
- Azərbaycan millisinin üzvü futboldan kənarlaşdırıldı
- Şahruddin Məmmədəliyevin son durumu - FOTO
- Fransa klubu Qattuzonu sabiq PSJ-li ilə əvəzləmək niyyətindədir