De Zerbi "Çelsi" yolunda
25.05.2024 - 15:55

"Çelsi"nin baş məşqçi postuna daha bir namizəd bəlli olub.
Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu, "Brayton"la vidalaşan Roberto De Zerbidir.
London təmsilçisi 44 yaşlı mütəxəssislə əməkdaşlıq etmək imkanını nəzərdən keçirir.
Qeyd edək ki, italiyalı baş məşqçi son iki mövsüm "Brayton"da işləyib. Komanda ötən il onun rəhbərliyi altında Premyer Liqada altıncı, bu mövsümdə isə 11-ci olub. "Çelsi" mayın 21-də baş məşqçisi Mauritsio Poçettino ilə yolları ayırdığını açıqlayıb.
- Millinin sabiq baş məşqçisi "Sabah"da
- Qar voleybolu üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- "Çelsi" 19 yaşlı yeni transferini icarəyə veridi
- "Arsenal" Eze üçün "Pelas"ın qapısını döyəcək
- Azərbaycan Prezidenti: “Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”
0
0