“İpsviç”in hücumçusu Liam Delapın gələcəyi İngiltərədə yay transfer pəncərəsinin əsas mövzularından birinə çevrilib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı forvardla Premyer Liqanın bir neçə klubu maraqlanır.
Belə ki, Delapı “Mançester Yunayted”, “Çelsi” və “Everton” öz rənglərinə bağlamaq üçün yarışır. “Everton”un baş məşqçisi David Moyes artıq onunla şəxsi görüş keçirib və mümkün keçidlə bağlı danışıqlar aparıb.
İngiltərəli futbolçu bu mövsüm 39 oyunda meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, “İpsviç”in hücum xəttində əsas fiqurlardan birinə çevrilərək, yüksək səviyyəli klubların diqqətini cəlb edib.
- "Əl-Hilal"ın baş məşqçisi: "Ronaldo uduzanda başını itirir"
- Federasiya prezidenti: “Avropa Oyunlarından ən azı 3-4 medal götürməyə çalışacağıq”
- Boksçumuz erməni rəqibinə qalib gəldi - BEYNƏLXALQ TURNİRDƏ
- Balabəy Ağayev Avropa çempionatında finala yüksəlib
- "Kəpəz" ev oyunlarını Qəbələdə keçirə bilməyəcək - Səbəb