Kavani La Liqa klubunda
19.08.2022 - 09:15
Edinson Kavaninin yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, uruqvaylı hücumçu karyerasını İspaniyada davam etdirəcək.
Təcrübəli forvard “Vilyarreal”a keçəcək. La Liqa təmsilçisi ilə futbolçu arasında 1+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Edinson ötən mövsüm “Mançester Yunayted”də keçirdiyi 20 oyunda 2 qol vurub.
- Skarlatake: “Təklifləri var, amma “Neftçi” ilə çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir” - MÜSAHİBƏ
- Toral Bayramov: "Əsas istəyimiz Çempionlar Liqasında qruplara qalmaqdır" - Açıqlama
- Üçüncü beynəlxalq “Ocaq Kuboku” keçiriləcək
- “Uembley”də güclü təhlükəsizlik tədbiri
- Saşa Yunisoğlu: "Mən düşünürəm ki, bu yoldaşlıq oyunları yersizdir" - MÜSAHİBƏ
0
0