Depay, yoxsa Obameyanq: “Barselona”dan kim gedəcək?
09.08.2022 - 15:39
“Barselona” yay transfer pəncərəsinin sonuna qədər hücumçularından biri ilə vidalaşacaq.
Apasport.az saytının məlumatına görə, Memfis Depayla Pyer-Emerik Obameyanq cütlüyündən biri La Liqa təmsilçisini tərk etməlidir.
Robert Levandovskinin transferindən sonra komandada ulduz forvardların sayı artıb. Bu üzdən onlardan birinin gedişi qaçılmazdır.
Memfis klub rəhbərliyi ilə danışıqlara da başlayıb. O, azad agent statusu almaq istəyir.
28 yaşlı niderlandlı top-klublardan birinə keçmək niyyətindədir. Depay hazırda “Yuventus”un maraq dairəsindədir.
- “Zirə”nin legioneri: “Premyer Liqada bizdən stabil komanda yoxdur” - Müsahibə
- Azərbaycanın qadın güləşçisi Xorvatiyada medal qazandı
- Xəyal Nəcəfov: "Neftçi"yə qarşı oyuna revanş...” - MÜSAHİBƏ
- "Lənkəran"ın baş məşqçisi: "Həvəsdən düşmədik və sona qədər mübarizə apardıq"
- "Barselona"nın 53 oyunluq seriyası başa çatıb
0
0